Son hesabatda qeyd edilib ki, Britaniyada yaşayan quşlar həyatda qalmaq üçün mübarizə aparırlar. Ala cüllüt və fırtına quşu kimi quş növlərinin isə artıq qırmızı siyahıya düşmək təhlükəsi var.

AzEuroNews thetimes-a istinadən xəbər verir ki, Avropanın ən böyük və ən çox seçilən bataqlıq quşu olan ala cüllütün sayı 1974-ci ildən 2014-cü ilə qədər 64% azalıb. Böyük Britaniyanın Quşlarının 2016-cı il üçün hesabatını hazırlayan təşkilat bildirib ki, ala cüllütlərin azalma səbəbi məskunlaşdıqları yerlərin azalmasına görə baş verib. Fırtına quşlarının isə nəsil artıra bilmədikləri üçün sayları azalıb.

Qırmızı siyahıda hazırda bülbül, xallı milçəktutan və kərkincək daxil olmaqla 67 quş növü var. Buna baxmayaraq, qızıl qartal və bir neçə quş növlərinin sayında isə artım olduğu aşkarlanıb.