Casusluq tarixinin əsasında Entoni Constonun “Ən soyuq şəhər” (The Coldest City) qrafik romanı dayanır. Filmin süjeti 1989-cu ildə, soyuq müharibə dövründə baş verir. Berlində MI6 agentinə itkin düşmüş ikili agentin siyahısını geri qaytarmaq və həmkarının qətlini araşdırmaq tapşırığı verilir.

AzEuroNews xarici mediaya istinadən xəbər verir ki, Sofiya Butella, Ceyms MakEvoy, Con Qudman, Eddi Marsan, Bill Skarsqard və Tobi Cons bu filmdə də iştirak edib. “Atəşli sarışın” filmi Rusiyada 3 avqustdan kirayəyə çıxacaq.