Belçikalılar qazandıqları pulların çoxunu dövlətə vergi və siğorta haqqı olaraq geri ödəyirlər. AzEuroNews.com-un  Avropa Bürosunun məlumatına görə, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) məlumat yayıb. Məlumatda deyilir ki,  Avropa ölkələrindən Almaniyada uşağı olmayan bir şəxs qazancının 49.4 %-ni dövlətə vergi və siğorta ödəmələri olaraq ödəyirlər.

Hesabata görə, Türkiyədə bu rəqəm 38.1 % təşkil edir. 35 ölkə arasında aparılan araşdırmada qeyd olunur ki, vergi və siğorta pulu yükü baxımından  Almaniya siyahida ikinci, Türkiyə 18-ci sırada qərarlaşıb. Siyahıya Belçika liderlik edir.  Belçikada bu rəqəm 54 %-dir.