Nyu-Yorkda keçirilən beynəlxalq avtomobil sərgisində dünyanın ən yaxşı avtomobili elan olunub.

APA-nın verdiyi məlumata görə,  sərgi çərçivəsində keçirilən «İlin ümumdünya avtomobili» müsabiqəsində 2017-ci ilin ən yaxşı avtomobili “Jaguar F-Pace” elan olunub.

Bu model « Audi Q5» və «Volkswagen Tiguan» avtomobillərini arxada qoyub. Həmin modellər müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıb.

Qeyd edək ki, ötən ilin ən yaxşı avtomobili nominasiyasında “Mazda MX-5” qalib elan olunmuşdu.