Macarıstanda bu gecədən başlayan kütləvi aksiyalar hələ də davam edir. AzEuroNews.com-un Avropa Bürosunun məlumatına görə, paytaxt Budapeştdə keçirilən aksiyaya minlərlə insan qatılıb. Hökumətin Qeyri Hökumət Təşkilatları və universitetlər haqqında qəbul etdiyi qanuna etiraz edən insanlar gecədən başlayan aksiyanı səhər saatlarına kimi davam etdiriblər.

Aksiyanı dağıtmaq istəyən polislə iştirakçılar arasında gərginlik də yaşanıb. Polis aksiya iştirakçılarına su şırnaqları və bibər qazı ilə müdaxilə edib. 20-ə yaxın aksiya iştirakçısının saxlanıldığı deyilir.

Bütün müdaxilələrə baxmayaraq insanlar aksiyanı davam etdiriblər.

g_2084 h_726 jj_9931