Madrid “Real”ının portuqaliyalı ulduzu Kriştianu Ronaldo ötən gecə Çempionlar Liqasının ¼ final mərhələsində “Bavariya”ya 2:1 hesabı ilə qalib gəldikləri oyundan danışıb.

“Qafqazinfo” xəbər verir ki, hücumçu növbəti mərhələyə keçmək üçün yaxşı üstünlük qazandıqlarını bildirib:

““Bavariya” kimi klublara qarşı bir komandanın lideri olaraq oynamaq çətindir. Fasilədən sonra geridönüş edə bildik və qələbə qazandıq. Hazırda biz daha yaxşı mövqedəyik, üstünlük bizdədir. Futbol budur. Əgər Vidal penaltini vursaydı, hər şey fərqli olacaqdı. Futbol sürprizlərdən ibarətdir. Biz vurduq və onlar 10 nəfərlə meydanda qaldılar. Bu işimizə yaradı”.