Alman jurnalı “Spiegel” Portuqaliya yığmasının kapitanı və “Real”ın hücumçusu Kriştiano Ronaldonu təcavüzdə ittiham edib.

“Qafqazinfo” xəbər verir ki, jurnalın saytında dərc olunan məlumatda bildirilir ki, insident 2009-cu il iyunun 13-də Las-Veqasda baş verib. Belə ki, Ronaldo ailəsi ilə Amerikada istirahət edirmiş. O müddətdə 20 yaşlı amerikalı qıza təcavüz edib.

Nəşr iddia edir ki, futbolçu 2010-cu il yanvarın 12-də qıza 375 min dollar ödəyərək onu məhkəməyə verməkdən çəkindirib.