Çinin “Quanqjou Everqrande” klubunda çıxış edən Paulinyo cəzalandırılıb.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb braziliyalı futbolçunun porno ulduzu ilə reklama çəkilməsi olub.

Məsələ ilə bağlı açıqlama verən “sambaçı” özünü müdafiə edərək, reklama çəkildiyi xanımın peşəsini bilmədiyini qeyd edib.

Qeyd edək ki, Çin klubunun forması ilə cari mövsümdə 9 matçda çıxan Paulinyo 2 qol vurub.

Braziliya millisinin üzvü 2015-ci ildə 15 milyon avro qarşılığında “Tottenhem”dən transfer olunub.