Yardımlı rayonunda 23-yaşlı qadın həmkəndlisi tərəfindən qətlə yerilib. AzEuroNews.com-un məlumatına görə, hadisə rayonun  Telavar kəndində   qeydə  alınıb. 3 uşağ atası  olan 34  yaşlı   kənd sakini Niyaz   Təhməzov  həmkəndlisi olan 23 yaşlı  Natavan  Babayeva ilə 10 gün əvvəl kənd ərazisində görüşüblər və bundan sonra onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Niyaz  Natavanı  evin  tövləsinə apararaq orada onu boğaraq öldürüb.  Daha sonra isə meyiti samanlıqda gizlədib. Bir neçə gün əvvəl Natavan Babayevanın valideynləri Yardımlı Rayon Polis Şöbəsinə qızlarının itgin düşməsi ilə bağlı müraciət ediblər. Polisin apardığı araşdırmalar zamanı müəyyən edilib ki, Natavan Babayevanı kənd sakini Niyaz Təhməzovla münasibəti olub və onu Niyaz qaçırıb. Belə ki,  Natavan Babayeva  itkin düşdüyü gün Niyaz Təhməzovla birlikdə kənddə heç kimin yaşamadığı evdə olublar. Polis hadisəni  müəyyən etdikdən sonra Niyazi Təhməzovu saxlayıb və o, Natəvan Babayevanı öldürdüyünü etiraf edib. Faktla bağlı Yardımlı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.