Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın dəvətilə aprelin 15-də İrana rəsmi səfəri başlayıb.

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, səfər çərçivəsində İranın siyasi və hərbi rəhbərliyi ilə keçiriləcək bir sıra görüşlərdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılır.