İsrailin kibertəhlükəsizlik üzrə “Argus Cyber Security” şirkətinin mütəxəssisləri müəyyən ediblər ki, hakerlər avtomobilin mühərrikini kənardan söndürə bilər.

İKT.lent.az-ın “The Wall Street Journal” qəzetinə istinadən verdiyi xəbərə görə, mühərriki “Bluetooth” əlaqəsi vasitəsilə söndürmək mümkündür.

Şirkət bu məqsədlə sınaq aparıb. Sınaq zamanı mütəxəssislər smartfondakı proqram əlavəsi vasitəsilə avtomobilin idarəetmə sisteminə qoşulublar. Bu cür “Bluetooth” əlaqəsi əgər avtomobilə elektron açar qoşulubsa, mümkündür. Elektron açarlar WiFi-router bağlantısı üçün vacibdir. Bu sistemdən avtomobilin texniki məlumatlarını izləyən sığorta şirkətləri də istifadə edir.

“Argus Cyber Security” test zamanı hansı model avtomobildən istifadə olunduğunu açıqlamayıb.