Türkiyədəki referendum cəmiyyətin islahatlar məsələsində necə bölündüyünü göstərdi.Lakin yalnız vətəndaşların özləri ölkənin siyasi sistemini müəyyənləşdirə bilər.

AzVision.az “Reuters”-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Fransua Olland deyib.

“Fransa ötən gün Türkiyədə keçirilən konstitusiya dəyişiklikləri ilə bağlı referendumun nəticələrini qəbul etdi. Ölkəmiz baş verən mübahisələri diqqətdə saxlayır və Avropa Şurası, ATƏT-in qiymətləndirilməsini izləməkdə davam edəcək”, – deyə Olland vurğulayıb.

Qeyd edək ki, ötən gün Türkiyədə keçirilən referendumun yekun nəticələrə əsasən, seçicilərin 51.18 faizi referenduma “Hə”, 48.82 faizi isə “Yox” deyib. Nəticələr göstərir ki, böyük şəhərlər Konstitusiya dəyişikliklərinin lehinə səs verməyib.