Şəmkirdə 4 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. AzEuroNews.com-un məlumatına görə, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun 13-cü km-də qeydə alınıb. Belə ki, “Niva” və “VAZ 2106” markalı minik avtomobilləri toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
Yaralılar dərhal Şəmkir Mərkəzi Mayon Xəstəxanasına çatdırılıblar. Onlardan ikisinin vəziyyəti orta-ağır, digər 2 nəfərin vəziyyətinin normal normal olduğu bildirilir. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.