ABŞ-da “Samsung” şirkətinin ən populyar smartfonu “Samsung Galaxy S5” modeli olub.

İKT.lent.az-ın “ixbt.com” saytına istinadən verdiyi məlumata görə, bunu “Kantar Worldpanel” şirkətinin keçirdiyi tədqiqatın nəticələri müəyyən edib.

2014-cü ilin fevral ayında təqdim edilən model ABŞ-ın “Samsung” smartfonları bazarının 15,6 faizini tutur. “Samsung Galaxy S5” sahiblərinin 76 faizi bundan sonra da yenidən bu şirkətin smartfonları əldə etmək niyyətindədirlər.

İkinci yeri 11,5 faiz nəticə ilə ötən ilin flaqmanı “Galaxy S7” tutur. Üçüncü yerdə isə minimal fərqlə – 11,4 faiz payla “Galaxy S6” modeli qərarlaşıb. “Galaxy S7 Edge” modeli isə 5,8 faiz payla dördüncü yeri tutur.

“Gartner” şirkətinin məlumatına əsasən, hazırda premium smartfon modellərinin sahibləri onlardan orta hesabla 2,5 il istifadə edir.

Qeyd edək ki, “Galaxy S8” modeli dünyanın müxtəlif ölkələrində bu həftə satışa çıxarılacaq.