Çinin Şensi əyalətində 7 mərtəbəli bina uçub.

“Report” xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb. Hadisə yerində xilasedicilər işləyir. Dağıntılar altında azı 5 nəfrin qalma ehtimalı var.

Dağıntıya bölgədə davamlı olaraq yağan leysan yağışları səbəb ola bilər.