Tovuzun Qalaboynu kəndində müəllimin şagirdi döyməsi telefonla çəkilib.

AzEuroNews” Xezerxeber.az-a istinadən xəbər verir ki, yayılan videoda  müəllim şagirdi küncə sıxışdıraraq döyür, uşağın yalvarmasına belə məhəl qoymur. Daha sonra başqa bir şagirdi döyür.

Şagirdlərə qarşı zorakılıq edən hərbi hazırlıq müəllimi Mövsüm Sadıqovdur. O telekanala açıqlamasında isə görüntülərin montaj olduğunu iddia edir. Mövsüm Sadıqov bildirib ki, o heç bir halda şagirdlərə zor tətbiq etmir. Müəllim isə hər nə qədər ittihamları qəbul etməsə də, görüntülər ortadadır.

Məsələ ilə bağlı Təhsil Nazirliyi hər hansı bir açıqlama verməyib.