Özbəkistan prezidenti Şəvkat Mirzioyev məmurların 24 saatlıq iş rejiminə keçməsi haqqında qərar verib. Bu barədə bazar ertəsi, “Fərqanə” informasiya agentliyi xəbər verib.

AzEuroNews lenta.ru-ya istinadən xəbər verir ki, dövlət başçısı onuda qeyd edib ki, yaxın iki il ərzində məmurlar 24 saat iş rejimində işləyəcək  və onun icazəsi olmadan heç kim işdən evə gedə bilməyəcək. Mirzioyev həmçinin bildirib ki, hakimiyyət onların nəzarəti üçün “xüsusi şöbələr” də yaradacaq.