Pana Film “Kurtlar Vadisi Vatan” filminin çəkilişlərinə başlayıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, rejissor Serdar Akar TRT1-də yayımlanan “Payitaht Abdülhamit” serialının çəkilişlərinə 5 günlük fasilə verərək “Kurtlar vadisi”nin yeni layihəsinin ön hazırlıqlarını tamamlayıb.

Filmin çəkilişləri Antalya və ətrafında davam etdirilir. Layihədə Necati Şaşmaz, Cahit Kayaoğlu, Erhan Ufak və Ertuğrul Şakarın rol olduğu dəqiqləşib.

Qeyd edək ki, bu mövsüm “Kurtlar Vadisi Pusu” serialını efirə çıxarmayan “Pana Film”in “Kurtlar Vadisi Darbe” filmini çəkəcəyi gözlənilirdi. Lakin son anda qərar dəyişib.