Bu gün günorta saatlarında Daxili İşlər Nazirliyi şirkət əməkdaşlarını saxlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, saat 17 radələrində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməliyyatçıları Nərimanov rayonunda yerləşən “Azpilot” LLC-nin hələlik adı açıqlanmayan 3 əməkdaşını saxlayıblar.

İlkin məlumata görə, həmin şəxslər saxta sənəd düzəltmədə və dələduzluqda ittiham edilirlər.

Qeyd edək ki, “Azpilot“ LLC gəmiçilik və dənizçilik sahəsində fəaliyyət göstərir.