Soçi olimpiyadasında Rusiya millisini təmsil edən və  gimnastika yarışları üzrə qızıl medallara yiyələnən Adelina Sotnikova maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. 

“Qafqazinfo” xəbər verir ki, o, “Real” futbolçusu Kriştiano Ronaldo ilə tanışlığının olmadığını, amma onu tanımaq istədiyini deyib:
“Məni də Ronaldo ilə tanış edin. Bəlkə enerjisini mənimlə də paylaşmaq istəyəcək. Onu şəxsən tanımıram, ancaq çox istəyərdim ki, onunla bir yerdə vaxt keçirim”.

Qeyd edək ki, ulduz futbolçu ötən ilin iyun ayından bu yana Georgina Rodrigezlə sevgilidir.