Xırdalanda yerləşən marketlərdən birinin satıcısına qarşı soyğunçuluq edən şəxsin daha bir cinayəti üzə çıxıb. Ötən həftə Qulam Qulamovun Xırrdalanda yerləşən marketdən gənc qadın satıcıya qarşı soyğunçuluq edərək kassadakı 450 manatı apardığı barədə AzEuroNews.com olaraq məlumat vermişdik. Hadisə yerinə gələn polis əməkdaşları marketdəki kameraya baxdıqdan sonra Qulam Qulamovu müəyyənləşdirərərək onu saxlamışdılar.

İdarədə dindirilən Qulamov cinayətini etiraf edib. Polislər əvvəllər məhkumluq həyatı yaşayan Qulam Nürət oğlu Qulamovu  narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakından da şübhəli bilirlər.

Hazırda həmin şübhə üzrə araşdırmalar davam etdirilir.

157ab384-c4f9-4de3-b861-236302f18339 ba1e6d9b-ab9b-4566-9afe-b62a3044a9b4 bb77d502-3476-4b0c-8704-5457715e632d de94c4b7-9811-45f8-88af-528419fa6000 ee8e2af9-8941-47ea-808f-0ad0aca2f35e ff4c84cd-9c82-4952-8a25-ac32ef0c3fbb