Almanlar Türkiyədə istirahət etmək istəmirlər. AzEuroNews.com-un Avropa Bürosunun məlumatına görə, bu barədə “Focus” jurnalında yayımlanan yazıda qeyd olunub. “Emnid” araşdırma şirkəti tərəfindən verilən məlumatda deyilir ki, almanlar arasında keçirilən sorğu nəticəsində məlum olub ki, almanların çoxu bunu Türkiyədə keçirilən konsitutsiya (Ana Yasa) dəyişikliyindən sonra həmin ölkədə vəziyyətin pisə doğru getdiyi ilə əsaslandırıblar. Sorğuda iştirak edənlərin 82%-i bu qənatə gəlib ki, fövqəladə halın uzadılaraq davam etdiyi bir ölkədə istirahət etmək onların həyatı üçün təhlükəlidir.