Hazırda Almaniyanın Köln şəhərində 50 mindən çox alman Almaniya üçün Alternativ (AfD) partiyasının qurultayının keçirilməsinə etiraz edir. AzEuroNews.com-un Avropa Bürosu əməkdaşının Kölndən verdiyi məlumatına görə, son illərdə qaçqınlara və İslam dininə qarşı olduqca sərt mövqe sərgiləyən partiyanın siyasi kursuna etiraz edənlər Kölndə keçiriləcək olan qurultaya mane olmaq istəyirlər. Kölnün mərkəzi küçələrinə doluşan etirazçılar hazırda polis əngəli ilə qarşılaşıblar. Alman polisi ola biləcək hər hansı bir qarşıdurma və ya ixtişaş üçün önləmini günlər öncədən alıb.

Müxbirimizin verdiyi məlumata görə, Şimali Reyn Vestfalyanın (NRW) baş naziri Hannelore Kraft (SPD) və Köln bələdiyyə sədri Henriette Reker də aksiyaya qatılaraq AfD-nin İslam dini və qaçqınlarla bağlı mövqeyinə etiraz edir.

f607c4e2-4eb4-43f4-8862-d022a02fc060 koelle koelle2

koeln