Azərbaycanlı müğənni Afaq Aslan yeni görüntüsü ilə diqqət mərkəzinə düşüb. Lent.az-ın məlumatına görə, ifaçı bildirib ki, yeni şəkillərini klip çəkilişləri zaman lentə aldırıb: “Yenə saytlar yazacaqlar ki, “Afaq soyundu”. Bu şəkillər yeni klipimin çəkilişləri zaman lentə alındı. Öncədən deyim ki, bu klip Azərbaycanda ilk olacaq. Bu günə qədər heç bir Azərbaycanlı müğənni belə cəsarətli klip çəkdirməyib. Bunu mən etdim. İnşallah, yaxın zamanda mediaya təqdim edəcəm. Şəkillərimə gəldikdə isə, mən  hər zaman hər kəsi yandırıb yaxmışam”.

3bc4c7c78da5bf0fd1f7ef1998ab01e7 2149f0b9442bc872476744673b241ea9