Quba-Xaçmaz yolunda yol nəqliyyat hadisəsi baş verib. Avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var. AzEuroNews.com-un məlumatına görə, hadisə Quba-Xaçmaz yolunun Qubanın Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.”VAZ 2107″ markalı avtomaşın yoldan çıxaraq yol kənarındakı qaz borusuna çırpılıb. Hadisə zamanı avtomobildə olan sürücü Quba rayon sakini 18 yaşlı  Ceyhun Quliyev, сərnişinlər Xaçmaz rayon sakinləri 19 yaşlı Əmirbaba Paşayev  və 25 yaşlı Ədalət Paşayev xəsarət alıb.

Yaralılar hadisə yerinə çağırılan təcili yardım avtomobilləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına  çatdırılıb.

Araşdırmalar zamanı məlum olub ki, qəzaya avtomobilin qarşısına anidən inəyin çıxması səbəb olub. Faktla bağlı araşdırma aparılır.

18136423_1719534174729386_383543663_n 18136987_1719534074729396_1734494690_n 18155231_1719534084729395_1489586911_n 18155488_1719534034729400_1478600022_n