65 illik həyat yoldaşını çəkiclə öldürmək istəyən 95 yaşlı kişi həbs edilmiyib.

Hadisədən 9 ay əvvəl avtomobil qəzasında fiziki və mənəvi xəsarət almış cütlük, həmin hadisədən sonra dərin travma yaşayıblar.

Denver Bedousun həyat yoldaşı 88 yaşlı Oliv Bedous nə qocalar evində nədəki, xəstəxanada qalmaq istəmədiyi üçün ərindən onu öldürməsini istəyib.

Özüdə depressiyada olan 95 yaşlı ər xanımın bu istəyinə yox deməyib. Cütlüyü xilas edənsə onların oğlu olub. Denver oğluna anasının əzab çəkdiyini və ölmək istədiyini söyləyib. O deyib ki, “O niyə ölmədi?” və “Mən bunu bacarmadım”.

Hadisəyə baxan Liverpul məhkəməsi xanım Bedousun həyat yoldaşını bağışladığını və onların arasındakı güclü sevgini nəzərə alaraq, Denver Bedousu həbs etməyiblər.