Türkiyənin ən məşhur seriallarından biri olan “İçerde”nin final tarixi məlum olub. 

“Qafqazinfo” xəbər verir ki, Show TV-də yayımlanan ekran işi cəmi bir sezon yayımlanacaq.

Çağatay Ulusoy, Aras Bulut İynemli və Çetin Tekindor  kimi məşhurların rol aldığı serial 39-cu bölümdə tamaşaçılarla vidalaşacaq.

Xatırladaq ki, ekran işi reytinq sıralarında hər zaman ilk 3-lükdə olub.