Kulis.az gündəlik ünsiyyətdə istifadə olunan, lakin qarşı tərəfin heç vaxt inanmadığı yalanları təqdim edir.

1. Tıxacdayam – Adətən işə, görüşə tədbirə gecikəndə işlədilir və o qədər işlədilib ki, gerçək olanda da inandırıcı səslənmir. Yalançı çoban misalı…

Image result for tıxac

2. Başım qarışıq idi – Baş dediyin nəsə düşünməli. nəyəsə sərf olunmalıdır. Beyin hətta yatanda da fəaliyyətsiz qalmır. Yəni, baş əslində həmişə qarışıqdır. Sadəcə baxır nəyə və kimə…

Image result for kafası karışık

3. Kitab oxumağa vaxtım yoxdur – guya 7/24 tale yüklü məsələlərlə məşğuldur. Yalanın ən yağlısıdır. Hətta səngərdə də mütaliəyə vaxt tapmaq mümkündür. Sadəcə həvəs olsa… Həvəs yoxdur, kitabdan çox aralanmışam, konsentrə ola bilmirəm kimi səmimi səbəblər göstərmək daha məsləhətlidir.

4. Burdan keçirdim – “Burdan keçirdim, dedim bir içəri baxım, gör dost-tanışdan kim var” deyib, cavab gözləmədən əyləşirsən stola. Stoldakıların ürəyində sənə “Qabırğa” deməsini vecinə almadan… Təki yeyib-içmək olsun…

Image result for алкаш

 

5. Elə mən də sənə zəng vurmaq istəyirdim – Yalansa kontur üzünə həsrət qalasan! Qabaqdangəlmişliyin də bir həddi olar.

Image result for mobil konuşma

 

6. İşdən icazə ala bilmədim – Pis bəhanə deyil. “Nə edim? İcazə vermədilər. Əslində alardım da, amma iş tökülüb qalır, çatdırmaq olmur.” Ardınca, “Əşşi, canın sağ olsun. təki həmişə işdə-gücdə olasan”, – alqışı mütləq gəlir.

Image result for iş

7. Telefonda nömrələr silinmişdi – “Alo! Kimdi?” “Necə yəni kimdi? Mənim telefonum yoxdumu səndə? Bu qədər etibarsızsan, nömrəmi yaddaşda saxlamırsan?” Nə deyəsən? Bundan sonra “Telefonun yaddaşı silinmişdi”, ya “Telefonumu dəyişmişəm” – kimi yalanlar karımıza gəlir. Xoşməramlı yalanlar da olur dünyada.

Image result for smartfon

 

8. Bu yaxınlarda bir görüşüb oturaq – Demək oturmayacaqsınız. Diqqətlə fikir verin, bu sözlər görüşməkdən daha çox qarşıdakı adamla sağollaşmaq üçün deyilir. Nə olar. Canınız sağ olsun. Oturmasanız dünya dağılmayacaq ki.

Image result for yeməkxana

9. Mən “piyan” olmuram – Sərxoşluğun birinci şərti sərxoş olduğunu anlamamaqdır. Necə ki, dəlilər dəli olduğunu bilmir. Necə yəni sərxoş olmursan? Dilin ağzında çönmür axı? Hələ oturduğun yerdə səkkiz yazmağını demirəm.

Image result for piyan

10. Mən televizora baxmıram – Heç çayxanada, qonaq getdiyin evdə, gözləmə salonlarda gözün də sataşmır? Bəs Xoşqədəmi, Zauru, Mikayılı hardan tanıyırsan? Özləri bir yana qohum-əqrəbasını bir-bir saya bilərsən.

Картинки по запросу televizora baxmaq

11. Uşaq vaxtı çox kitab oxumuşam – Əlbəttə! İbtidai sinifdən başlamısan “Kapital” oxumağa. Yazılmayan kitablardan da xəbərin var. Ona görə indi lazım deyil oxumaq. Boş yerə vaxt israfına nə hacət.

Image result for çocuk kitab okur

12. Dünən desəydin, bir əlli manat borc verərdim – Yox a! Bu gün də sabahın dünənidir də, ver gəlsin! Vermək istəmirsənsə, bütün dünənlərin dünəni var. Kömək əlini uzatmırsan, uzatma, day məni niyə aldadırsan?

Image result for borc vermək

13. Heç vaxt yalan danışmamışam – Bəlkə and içəsən? Məncə, danışmısan və bu cümlə də hələlik sonuncu yalanındır. Axarıncı olsun…

Похожее изображение

14. Xırdam yoxdur – Məncə, heç bütövün də yoxdur. Ancaq yaxşı deyirsən, özünü sındırmamaq da lazımdır arada. Dost var, düşmən var.

Image result for xırda pul

15. Rayondayam – Axı Facebookda məkanını “Park Bulvar”a etiketləmisən. Bir az diqqətli ol də, canım, yalanını tutmaq qətiyyən xoşuma gəlmir.

16. Fikirli idim – Lap Arximed kimi! Görmədim səni. Yoxsa niyə salam verməyim. Səndən zəhləm-zadım getmir ki!

Image result for efkarlı kişi

17. Telefonum səssizdə idi – Bəs gizli nömrədən gələn zəngi niyə ilk çağırışdanca götürdün? O da mən idim! J

18. Qardaş kimiyik – Sən ya qardaşlığın nə olduğunu bilmirsən, ya da yalan danışırsan.

Image result for yakın arkadaş

19. On dəqiqəyə çıxırıq – Yarım saatdır oturub gözləyirəm, heç avtobusu xoda salmamısan. Adam belə qısa müddətli yalan danışmaz. Bir saatın içində üstü açılan yalan çox urvatsız olur.

Image result for mikroavtobus

20. Axşam alma ilə iki araq öldürdüm – Əminsən? Bəs nə yaxşı özün salamatsan? Bəlkə, yüz qramlıq butulkalarda imiş? Sən hər halda bir də bax. Alma ilə iki araq öldürən gecənin səhəri belə rahat danışmaq mümkün olmamalıdır, mən bilən…

21. Əsgərlikdə “şəpit”lə gəzirdim – Yadımdadır, atan da sovet vaxtı komandirin qızı ilə sevgili idi. İki illik əsgərlikdə üç yaşlı uşaq qoyub gəlmişdi. Tez-tez danışırdı, biz də dinləyib şənlənirdik. “Delavoy”luq sizdə nəsillikcədir.

Image result for çəkələk

22. Xalq məni sevir – Hardan bildin? Olmaya referendum keçirmisən? Mən bilən, xalqın adından danışmaq üçün seçkilərdə iştirak etməlisən. Xalq adlı hər hansı bir tanışından söhbət gedirsə, başqa. Allah xeyrinizi versin.

Image result for народ

BONUS

Mən səni sevirəm!!! – Mən də səni əzizim!!!