Böyük Britaniya Avropa ölkələrinin ərazi bütövlüyünün tərəfdarıdır və Krımı Rusiyanın bir hissəsi kimi tanımır.

“Qafqazinfo” “Sky News”a istinadən xəbər verir ki, bunu Britaniya xarici işlər naziri Boris Conson bəyanatında bildirib.

“Biz Avropa dövlətlərinin ərazi bütövlüyü tərəfdarıyıq və Krımın Rusiyaya birləşdirilməsini qanuni olaraq tanımırıq”-,deyə Nazir vurğulayıb.

Qeyd edək ki, Ukraynadakı böhran fonunda Krım Muxtar Respublikası və Sevastopol şəhəri 16 mart 2014-ci ildə keçirilən referenduma əsasən Rusiyaya birləşməyə səs verib. Martın 18-də Rusiya Federasiyası və qarşı tərəflər arasında  birləşmə haqqında qərar imzalanıb.

Ukrayna, ABŞ və Avropa Birliyi sözügedən müaviləni tanımaqdan imtina ediblər.