Ötən il ölkə üzrə keçirilən buraxılış imtahanlarının statistik göstəriciləri açıqlanıb.

AzVision.az-ın məlumatına görə, 9-cü sinif üzrə buraxılış imtahanlarında bölgələr arasında ən yüksək nəticə Sumqayıt, Mingəçevir, Naxçıvan şəhərləri, Qax və Qubadlı rayonlarında qeydə alınıb.

Ən aşağı göstəriciər isə Sabirabad, Daşkəsən, İmişli və Cəlilabad rayonlarında aşkar edilib.

11-ci sinif şagirdlərinin buraxılış imtahanında ən yüksək nəticəni Naxçıvan şəhəri, Şahbuz rayonu, Sumqayıt və Mingəçevir şəhərləri, Qax rayonu, Bakı şəhəri və Qubadlı rayonun şagirdləri əldə edib.

Ən aşağı nəticələr isə Kürdəmir, Hacıqabul, İmişli, Ağcabədi və Sabirabad rayonlarının şagirdlərinə məxsusdur.

9-cu və 11-ci sinif şagirdlərinin hər bir fənn üzrə nəticələrinə nəzər salsaq, görərik ki, ən yaxşı nəticələri Təhsil Nazirliyi tabeli və özəl liseylərin şagirdləri göstərib.

Təhsil Nazirliyi tabeli və özəl liseylərin şagirdlərinin ana dili fənni üzrə doğru cavablarının faizi 65,8-ə, riyaziyyat fənni üzrə 68,4-ə bərabər olub.

11-ci sinif şagildərinin isə ana dili fənni üzrə nəticələri 77,4, riyaziyyat fənni üzrə nəticələri 76,7 xarici dil/kimya fənni üzrə nəticələri isə 80,1 faiz təşkil edib.

Regionlar üzrə 9-cu sinif şagirdləri arasında ana dili fənnindən ən yaxşı nəticələr Sumqayıt, Mingəçevir, Naxçıvan şəhərlərinin şəhərlərinin, Qubadlı, Qax və Abşeron rayonlarının, riyaziyyat fənnindən isə Sumqayıt, Mingəçevir, Naxçıvan şəhərlərinin, Qax, Qubadlı, Şahbuz rayonlarının, Bakı şəhərinin və Şərur şagirdlərinə məxsusdur.

Ana dili fənni üzrə ən aşağı nəticələri Yardımlı, Kürdəmir, Sabirabad, Daşkəsən, İmişli, Lerik və Cəlilalad rayonlarının, riyaziyyat fənni üzrə isə Tərtər, Sabirabad, İmişli, Cəlilabad və Daşkəsən rayonlarının şagirdləri göstərib.

11-ci sinif üzrə ana dili üzrə ən yaxşı nəticələr Naxçıvan şəhərinin, Şahbuz, Kəngərli rayonlarının, Mingəçevir şəhərinin, Qax və Ordubad rayonlarının, riyaziyyat fənni üzrə Naxçıvan şəhərinin, Şahbuz rayonun, Xızı və Şərur rayonlarının, Sumqayıt şəhərinin, Qubadlı və Qax rayonlarının, xarici dil/kimya fənni üzrə Bakı və Sumqayıt şəhərlərinin, Naxçıvan şəhərini, Şahbuz rayonun şagirdlərinə aiddir.

Ən aşağı göstərici isə ana dili fənni üzrə Ağcəbədi, Kürdəmir və Sabirabad rayonlarının, riyaziyyat fənni üzrə Daşkəsən, İmişli və Sabirabad rayonlarının, xarici dil/kimya fənni üzrə Cəlilabad, Hacıqabul, Yardımlı, İmişli və Sabirabad rayonlarının şagirldərinə məxsusdur.

2016-ci ildə 9-cu siniflər üzrə buraxılış imtahanında iştirak edən məzunların 20, 97 faizi ana dili, 7,71 faizi rus dilindən, 37,99 faizi riyaziyyatdan “2” qiyməti alıb. 9-cu siniflərin buraxılış imtahanlarında iştirak edən şagirdlərin yarısına yaxın bir hissəsi (46,43 faizi) Azərbaycan dili fənni üzrə “3” qiyməti alıb. Riyaziyyat fənni üzrə “3” qiyməti alanlar imtahanda iştirak edənlərin 37,99 faizini təşkil edib.

Rus bölməsi şagirdlərinin imtahan göstəriciləri Azərbaycan bölməsi üzrə imtahan iştirakçılarının göstəricilərindən əhəmiyyətli dərəcədə üstün olub. Nəzərə alsaq ki, rus bölməsinin şagirdləri, əsasən böyük şəhərlərdə təhsil alır, o zaman onların Azərbaycan bölməsinin şagirdlərinə nəzərən yüksək göstəricilərinin əsəbəbi aydınlaşır.

11-ci sinif şagirdlərinin paylanması 9-cu sinif şagirdlərinin paylanmasına oxşardır. Burada Azərbaycan dili, riyaziyyat və xarici dil/kimya fənləri üzrə imtahanlardan “3” qiymət alanlar, rus dili fənni üzrə isə “4” qiymət alanlar üstünlük təşkil edib.

Ən pis göstəricilər xarici dil/kimya fənni üzrə, ən yaxşı göstəricilər isə isə rus dili fənni üzrə olub.

“2” qiyməti alanların nisbi sayı Azərbaycan dili fənni üzrə 19,64 faizi, riyaziyyat fənni üzrə 18,98 faiz, rus dili fənni üzrə 3,58 faiz, xarici dil/kimya fənni üzrə 23,74 faiz olub.
9 və 11-ci sinif şagirdlərinin buraxılış imtahanları fənlərindən aldıqları qiymətlər üzrə paylanmasını müqayisə etsək, 11-ci sinif şagirdlərinin göstəricilərinin daha yaxşı olduğunu müşahidə edirik. Buradan belə qənaetə gəlmək olar ki, 9-cu sinifdən sonra şagirdlər təhsilə ciddi yanaşırlar. Bunun əsas səbəbi şagirdlərin 9-cu sinifdən etibarən ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına hazırlaşmaq üçün dərsdənkənar məşğələlərə getməsi və repetitorlarla əlavə məşğul olmalarıdır.