“Samsung” yeni, faydalı proqram əlavəsi yaratmaq üzərində işləyir.

İKT.lent.az-ın “Mashable” portalına istinadən verdiyi məlumata görə, proqram əlavəsi “İn-Traffic Resply” adlanacaq. Bu proqram avtomobil idarə olunarkən sürücünün smartfonuna daxil olan mesajlara avtomatik cavab verəcək.

“In-Traffic Reply” proqramının mahiyyəti bundan ibarətdir ki, smartfonun sensorları və GPS-siqnalı avtomobil və ya velosiped idarə olunarkən bunu müəyyənləşdirir və daxil olan mesajları vahid şablon əsasında cavablandırır.

Hazırda proqram Niderlandda test edilir. İki cavab versiyası var: “Mən ruldayam və cavab verə bilmirəm” və animasiyalı şən cavab versiyası.