Almaniya XİN-in etirazçıların Makedoniya parlamentinə olan hücumunu pisləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN-in tvitter hesabında məlumat yayılıb.

“XİN qəti şəkildə Skopyedə parlamentə olan hücumları pisləyir”,-deyə qeyd edilib.

Ötən gün “Bütöv Makedoniya naminə” hərəkatının üzvləri parlamentə daxil olublar. Onlar alban əsilli Talat Haferin parlamentə spiker seçilməsinə etiraz ediblər. Nəticədə 10 polis yaralanıb. Daha sonra isə xüsusi təyinatlılar binaya daxil olaraq deputatları azad ediblər.