Goranboy rayonunun Qızılhacılı qəsəbəsində oğurluq hadisəsi baş verib. AzEuroNews.com-un məlumatına görə, oğurluq Ziya Abdullayevin evin də qeydə alınıb. İri dəmir parçası ilə qapını qırıb evə daxil olan şəxs və ya şəxslər mənzil sahibi Gülnar Abdullayevaya məxsus qızıl boyunbağı və iki üzüyü oğurlayıblar. Abdullayevlər səhər saatlarında Yevlaxdan qayıdan zaman mənzilin qapısının sındırıldığını, otaqdakı əşyaların dağınıq olduğunu görüblər. G.Abdullayeva ikiotaqlı evin yalnız birinin hədəf seçildiyini deyir. Oğrular həyətdəki iti də vuraraq huşsuz vəziyyətə salıblar. Hadisə yerinə polis əməkdaşları baxış keçirib. Faktla bağlı araşdırma aparılır.

aa881316-ae8c-4da7-bb37-b8873235c678