Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib. AzEuroNews.com-un məlumatına görə, rayonun Müşfiqabad qəsəbəsi ərazisindən 24 yaşlı Möhüm Mehrəliyev bıçaq xəsarətləri ilə xəstəxanaya gətirlib. Yaralı dərhal əməliyyata götürülüb.

Hadisə barədə polisə məlumat verilib. Araşdırmalar zamanı məlum olub ki, Möhüm Mehrəliyev aralarında yaranan mübahisə zamanı tanışı tərəfindən bıçaqlanıb. Qaradag rayon Polis İdarəsində faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırmalar davam edir.