Türkiyə edam cəzasının qəbulu ilə bağlı referendum keçirsə Almaniyadakı türklərə səsvermədə iştirak üçün icazə verilməyəcək. AzEuroNews.com-un Avropa Bürosunun məlumatına görə, bunu Almaniyanın baş nanziri Angela Merkel söyləyib.

“Saarbrücker Zeitung” qəzetində bu gün dərc olunan məqalədə deyilir ki, Federal Məclis artıq bununla bağlı müzakirəyə də hazırdır.

Qəzet yazır ki, Erdoğan və komandası Türkiyədə edam cəzasının tətbiqinə maraqlıdır: “Yəqin ki, bunun üçün referdum keçirməli olacaqlar. Belə olan halda Almaniya qəti olaraq buna qarşı çıxacaq və burada yaşayan türklərin səsverməyə getməsinə imkan verməyəcək”.