Çempionlar Liqasının yarımfinalında keçiriləcək “Real” (Madrid) – “Atletiko” (Madrid) ilk oyunu üçün hakim təyinatları açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, görüşün baş hakimi İngiltərə Futbol Federasiyasından Martin Atkinson olacaq.

Çempionlar Liqası, yarımfinalın ilk oyunu
2 may

23:45 Real Madrid – Atlétiko Madrid
Baş hakim: Martin Atkinson
Yan xətt hakimləri Stefen Çayld, Stüart Bart
Köməkçi hakimlər: Entoni Teylor, Maykl Oliver
Dördüncü hakim Ceyk Kollin (hamısı İngiltərə)
Hakim-inspektor: Murat İlqaz (Türkiyə)
UEFA nümayəndəsi: João Moraiş (Portuqaliya)