Ağdaş şəhər sakini Elşən Abbasova məxsus ayaqqabı mağazasına daxil olan naməlum şəxslər oradan 104 cüt ayaqqabı və bir ədəd notebook oğurlayılar. AzEuroNews.com-un məlumatına görə, oğrular sahibkara ümumilikdə 3500 manat maddi ziyan vurublar. Onların əməlləri anbaan təhlükəsizlik kameralarına düşüb. Bu görüntülər əsasında Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Ağdaşın Qarağan-Sədi kənd sakini, 42 yaşlı Zaur Musayev və onun həmyaşıdı, Qəbələnin Zarağan kənd sakini Eldar Hüseynovu saxlayıblar. Əvvəllər Rusiyada törətdikləri cinayət əməllərinə görə, həbsxanada birgə məhkumluq həyatı yaşayan əməllərini etiraf ediblər. Məlum olub ki, onlar Ağdaş şəhərində kafedə birgə yeyib-içdikdən sonra gecə saatlarında əvvəlcə mağazadan “notebook”u oğurlayaraq evə gediblər. Bir saat sonra evdən kisələr götürərək yenidən obyektə qayıdıblar və ayaqqabıları oğurlayıblar. Onlar spirtli içki qəbul etdikləri üçün mağazadan oğurluq prosesini qeydə alan təhlükəsizlik kamerasından gec xəbər tutublar və sonda onları çəkən kameranı da vurub sındırıblar. Mağazadan oğurlanan əşyalar maddi sübut kimi tapılaraq geri qaytarılıb.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

2b1d65ac-cbfd-48c5-8771-188940381152 23e0d9c0-0714-4041-adc3-041cfa5d6b33 12957af3-1fae-48de-9b20-26bc3fa25c01 99818ad4-cfa6-420b-a4bd-7da8792fbd24