Ölkəmizdə bu idman növü çox məşhur olmasa belə, dünyanın bir çox ölkəsində olduqca tanınır. Barutun ixtirasından sonra odlu silahlardan istifadə olunması, bu idman növünün bünövrəsini qoydu. Xeyli xərc tələb edən bu idman növü XIX əsrdə Şimali Avropa və İngiltərədə oynanılmağa başlandı. Atıcılıq üzrə ilk dünya çempionatı 1890-cı ildə keçirilib,1896-ci ildə isə ilk dəfə Olimpiya oyunlarına daxil edilmişdir. Bu idman sahəsində əsasən iki üsul vardır.

AzEuroNews xəbər verir ki, bu idman növü güllə ilə  stend atıcılığında dəqiq nişan almaq yarışlarıdır. Sərbəst silahla atışda silahın ağırlığı 8 kq-ı, kalibrisi isə 8 mm-i keçməməlidir. Tüfəng ilə atışda canlı hədəflər istifadə  olunmur. Tapançalardan və revolverlərdən ayaq üstə atışda, hədəflərin məsafəsi isə 10, 25, 50 və 300 m olaraq dəyişir.

Ölkəmizdə çox tanınmasa da, Qəbələ və Bakı şəhərlərində çox gözəl və dünya standartlarına cavab veren atıcılıq mərkəzləri tikilib. Son illərdə Azərbaycan bir çox dünya səviyyəsində keçirilən tədbirlərə ev sahibliyi etmişdir.