Yeni Zellandiya polisi öz sıralarına Elliot ləqəbli dəniz donuzunu rəsmən qəbul edib. Hazırda Elliotu sosial reklam kimi istifadə etməyi planlaşdırırlar. Bu reklam yerli sürücülərin sürət rejiminə riayət etməsi üçündür.

Bu məlumat, Yeni Zellandiya polisinin Facebook səhifəsində dərc etdiyi şəkildən sonra üzə çıxıb. Daily Mail-in verdiyi məlumata əsasən, konstebl Elliot öz işinə çox məsulliyətnən yanaşır.