Anglia Ruskin Universitetində aparılmış tədqiqatlara əsasən, ürək döyüntülərinin səsini dinləyən insanlar, digər insanların emosiyalarını və ətrafda baş verən hadisələri daha yaxşı anlayırlar.

İlk dəfədir ki, alimlər insanın digər insanların fikirlərini anlaması üçün həm fizioloji, həm də psixoloji bacarıqlarından istifadə etməli olduğunu kəşf ediblər.

Aparılan təcrübələrdə, könüllülərdən video çarx izləyərkən, ürək döyüntülərini saymalı olduqlarını bildiriblər. Klip ərzində iştirakçılara gördükləri obrazların hissləri və düşüncələri haqda suallar veriblər. Ürək döyüntülərini sayanların cavabları düzgün olub.

Araşdırmanı aparan psixoloq Punit Şah bildirib ki, əgər siz ürəyinizin səsini eşitmirsinizsə, sizin vəziyyəti anlamaq və ona uyğun hərəkət etmək bacarığınız azalır.

Yeni araşdırma hisslərin əsasında fizioloji səbəblərin olduğu haqda fikirləri yeniləyib.