Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib. AzEuroNews.com-un məlumatına görə, Salyan şossesi ilə hərəkətdə olan “Audi” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolayrıcındakı maneəyə çırpılıb.  Avtomobil aşaraq yol kənarındakı ağaca da dəyib.

Qəza nəticəsində 3 nəfər xəsarət alıb, avtomobil isə deformasiyaya uğrayıb.

Xəsarət alan sərnişinlər – 1981-ci il təvəllüdlü Muradova Leyla Ağakərim qızı və 1981-ci il təvəllüdlü Əliyev Firdovsi Asif oğlu xəstəxanaya yerləşdirilib. Sürücüyə (hələlik adı açıqlanmır) isə hadisə yerində ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

 

9cdd24eb-7cb4-4242-972b-30ad54a9239b 087ad9a8-534e-4ec9-9f31-77447bbb61f7 3123af43-79ea-474d-b761-05fc2c531ede ec401f6c-f27d-4f9a-b777-ef837c701ae9