Böyük Britaniya parlamenti növbədənkənar seçkilərə görə buraxılıb.

AzVision.az xəbər verir ki, səsvermə proseduru, müvafiq olaraq iyunun 8-na təyin edilib, parlament isə 3 may saat 00:01 (yerli vaxtla – red) buraxılmalıdır. Bu gün ölkənin baş naziri Tereza Mey parlamentin buraxılması barədə rəsmi şəkildə kraliça II Elizavetanı məlumatlandıracaq.

Qeyd edək ki, ölkə qanunvericiliyinə əsasən parlament səsvermə gününə kimi 25 iş günü ərzində buraxılmalıdır. Son sorğular Tereza Meyin təmsil olunduğu hakim mühafizəkarlar partiyasının populyarlığının artdığını göstərir.