Britaniyada hava çirkliliyini azaltmaq üçün hazırlanmış yeni qanun layihəsinə əsasən, dizel  yanacağı ilə işləyən nəqliyyat vasitəsi sahiblərinə havanı çirkləndirən avtomobillərinin təchizatını düzəltmək və ya dəyişmək üçün pul ödəniləcək.

Teleqraf-a verilən məlumatda deyilir ki, hökümətin cümə günü təqdim edəcəyi yeni havanın təmizliyini artırmaq strateqiyasında dizel avtomobillərindən istifadəni dayandırmağı hədəfləyir.

Nazirlər həmçinin havanı zərərli karbonoksid qazı ilə daha çox çirkləndirən köhnə model dizel avtomobil sahiblərinə, nəqliyyat vasitələrini dəyişmək üçün yardım ayırmaq haqqında müzakirələr ediblər.