Britaniyada kişilər arasında aparılmış araşdırma zamanı məlum olub ki, 3 kişidən 1-i yalnızlıqdan əziyyət çəkir, və araşdırmada yalnızlıq hissini “səssiz epidemiya” kimi təsvir ediblər.

1,200 kişi arasında aparılmış sorğunun nəticələrinə görə, 40% özünü təcrid olunmuş hiss edir, digər 35% isə yalnızlıqdan depressiyada olduqlarını bildiriblər.

Sorğuda iştirak edənlərin 11% gündəlik səbəblərdən yalnız hiss etdiklərini desələrdə, 10% səbəb bildirmək istəməyib.

Mümkün səbəblər arasında əsas yerləri işsizlik, sevgilidən ayrılmaq, yaşlanmaq və ailə ya dostlardan uzaq olmaq tutur. Qeyd edək ki, kişilərin özlərini daha çox yalnız hiss etdikləri yaş 35-dir.

Bu problemi aradan qaldırmaq üçün “söhbətə başla” adlı kompaniyaya start verilib.