Ötən ildən bəri şəxsi gəlirlərini 50% artıran Adel, hal-hazırda Britaniya və İrlandiyada ən zəngin musiqiçidir.

Məşhur ulduz iki il bundan əvvəl yayımlanmış sonuncu albomunun satışından162 milyon dollar gəlir əldə edib.

The Times-ın verdiyi məlumata əsasən, 28 yaşlı müğənni ölkədə ən zəngin qadın solo ifaçıdı və ümumi Musiqi Dünyasının Milyonçuları siyahısında 19-cu sıradadır.

Adelin yaşını və qazandığı uğurları nəzərə alsaq, onun gələcəkdə ən çox qazanan britaniyalı müğənni olması şübhə doğurmur.