Binəqədi polisi rayon ərazisində silsilə oğurluq etmiş şəxsləri saxlayıb. AzEuroNews.com-un məlumatına görə, onlar Hacıyev Ülvi Etibar oğlu, Əliyev Kamran Vahid oğlu bə Heydərova Füruzə Çapay qızıdır.

Saxlanılan Ülvi Hacıyev istintaqda dindirilərkən oğurluq əməllərinin hamısının onun tərəfindən planlaşdırıldığını etiraf edib.  Bundan əvvəl də, oğruluq əməllərinə görə saxlanılan və barələrində ev dustaqlığı hökmü verilmiş Ülvi, Kamran və Füruzəni ətrafına toplayaraq oğurluq cinayətlərinə davam edib.

Taksi fəaliyyəti ilə məşğul olan Kamran Əliyevin işi Ülvini oğuruluq ediləcək ünvanlara aparmaq olub.

Faktla bağlı araşdırma aparılır.

b8cb8951-9fb9-4751-b67d-1da15f5ecd1b