Abşeron rayonunda  4 otaqlı ev oğrular tərəfindən yandırılıb. AzEuroNews.com-un məlumatına görə, hadisə gecə saatlarında Xırdalan şəhəri, “Medkolon” kimi tanınan ərazidə qeydə alınıb. Fərdi yaşayış evi tamamilə yanaraq külə dönüb.

Ev sahibi Vasif Qurbanov bildirib ki, hadisə vaxtı evdə heç kim olmayıb. Zərərçəkən şəxs yanğının qəsdən törədildiyini iddia edir. Onun sözlərinə görə, yanğın zamanı evin pəncərəsinin üstündəki dəmir barmaqlıqlar xüsusi üsulla kəsilib ki, bu da evə naməlum şəxslərin daxil olaraq oğurluq etdiyini, sonra isə iz itirmək üçün onu yandırdığını göstərir. Vasif Qurbanov onu da deyib ki, eyni hadisə bu ilin fevral ayında da baş verib. Oğurluq edən şəxslər evdə olan qızıl və pulları götürərək onu yandırıblar. Lakin alovun qarşısı vaxtında alınıb. Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən alovun digər fərdi yaşayış evlərinə keçməsinin qarşısı alınıb. Yanğının səbəbləri araşdırılır.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

fa6beb53-7cd8-4f5f-a23c-f35111437059