Londonun cənubunda miqrasiyanın leyinə və əleyhinə mitinqlər keçirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hökumətin miqrasiya siyasətinə etiraz edən 40-dək şəxs DİN-in miqrasiya məsələləri ilə bağlı idarəsinin binası qarşısında toplaşıb.

Məlumata görə, etirazçılar “Şəriətə yox deyək”, “Miqrasiya səhiyyə və sosial mənzil təminatı sistemini dağıdıb” və s. şüarlar səsləndiriblər. Etirazçılar polis əməkdaşlarına müxtəlif əşyalar ataraq, iğtişaş törətməyə cəhd ediblər. Xəsarət alanlar barədə məlumat verilmir.

Qeyd olunan piketin yaxınlığında miqrasiya tərəfdarlarının “Biz miqrantlardan məmnunuq” şüarı altında mitinqi keçirilib. Aksiyaya 400-dək şəxs qatılıb.

Etirazçılar arasında mümkün qarşıdurmanın qarşısını almaq üçün əraziyə xeyli polis əməkdaşları cəlb edilib.