Lənkəranda poçt şöbəsindən oğurluğa cəhd olub. AzEuroNews.com-un məlumatına görə, oğurluq cəhdi  “Azərpoçt”un Lənkəran regional filialının Göyşaban kəndində yerləşən poçt  şöbəsində qeydə alınıb. Hadisədən səhər saatlarında xəbər tutulub ve  dərhal  Lənkəran rayon Polis Şöbəsinə məlumat verilib. Əraziyə polis şöbəsinin əməliyyat qrupu gəlib və hadisə yerinə baxış keçiriblər. Hadisə yerində barmaq izləri götürülüb.  Müayinəsi zamanı məlum olub ki, oğrular binaya pəncərənin dəmir barmaqlıqlarını qıraraq daxil olublar. Seyfi sındıran naməlum şəxs və ya şəxslər heç nə əldə edə bilməyiblər. Əvəzində otaqdakı inventarları yararsız vəziyyətə salıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.

18360570_1736070809742389_150329891_n 18387333_1736070806409056_655885719_n