Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab görüşlərinə start verilir.

AzVision.az-ın məlumatına görə, ilk oyun günündə “Yuventus” öz meydanında “Monako”nu qəbul edəcək.

İlk oyunu səfərdə 2:0 hesablı qələbə qazanan “Qoca Sinyora”nın finala çıxacağı gözlənilir. “Yuventus”un öz meydanında üstünlüyü əldən verəcəyi inandırıcı görünmür.

Çempionlar Liqası

1/2 final, cavab oyunu

9 may

“Yuventus” – “Monako”

İlk oyun – 2:0

10 may

“Atletiko” – “Real”

İlk oyun – 0:3

Qeyd edək ki, ÇL-in finalı iyunun 3-də Kardiffdə keçiriləcək.